Lənkəran-Astara Regional Təhsil İdarəsi davamlı əməkdaşlıq, təşkilati dəstək və “Lənkəran – 2024 Türk Dünyasının Gənclər Paytaxtı” proqramının uğurlu icrasına verdiyi töhfəyə görə Gənclər və İdman Nazirliyi tərəfindən təltif olunub.

İyunun 12-də Lənkəran şəhərində “Lənkəran – 2024 Türk Dünyasının Gənclər Paytaxtı” proqramının rəsmi bağlanış mərasimi keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ƏtraflıDirektor müavinlərinin təkmilləşdirilməsi proqramına start verilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində fəaliyyət göstərən direktor müavinləri (tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı) iyun ayından etibarən təkmilləşmə proqramına cəlb olunublar. Proqram SİM platforması üzərindən onlayn formada aparılır.
Uşaqların zərərli informasiyadan qorunması sahəsində maarifləndirici tədbirlər həyata keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanunvericiliyin tələblərinin icrasını təmin etmək və pozuntu hallarının qarşısını almaq məqsədilə maarifləndirici tədbirlər təşkil olunub.
Ətraflı“Qızlar və oğlanlar – bərabər dəyər daşıyıcılarıdır” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Qızlar və oğlanlar – bərabər dəyər daşıyıcılarıdır” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
Ətraflı"Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
Ətraflı#BilBacar - Şagirdimiz və təhsil aldığı lisey ən yaxşılar sırasında.

2024-cü ilin oktyabr ayından etibarən davam edən BilBacar müsabiqəsinin qalibləri bəlli oldu. “Ən yaxşı nəticə” nominasiyası üzrə qalib gələn Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli texniki-riyaziyyat təmayüllü liseyin VIII sinif şagirdi Hüseynzadə Rafət Bəhruz oğlu BilBacar müsabiqəsində 3-cü yerə çıxıb.
ƏtraflıBu dəfə medallarımız beynəlxalq müsabiqədəndir.

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin bürünc medalçıları Lənkəran rayonu Viravul kənd Canəli Əzimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləridir:
► Əhədli Rinad Bəxtiyar oğlu (IX sinif)
► Quliyev Amin Cahangir oğlu (X sinif)
ƏtraflıAzərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi və Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü qeyd edilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi və Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirilib.
Ətraflı"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş maarifləndirici tədbirlər təşkil olunub.
#BilBacar müsabiqəsinin final mərhələsi başa çatıb.

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən BilBacar müsabiqəsinin final mərhələsi yekunlaşıb. Tabeliyimizdə fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə 19 şagird final turunda iştirak edib.
Məktəblərimiz ölkənin ən yaxşıları arasında!

2024–2025-ci tədris ili üzrə keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan bir neçə ümumi təhsil müəssisəsi müxtəlif fənlərdə yüksək nəticələr göstərərək, ölkənin ən yaxşı nəticəyə imza atan məktəbləri sırasında yer alıblar:
ƏtraflıMinlərlə şagirdin ürəyinə yol tapan müəllim.

Astara rayonu Səməd Vurğun adına Təngərüd kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Sevinc Fətəliyeva 46 illik pedaqoji fəaliyyəti dövründə neçə-neçə uğurlu şagirdin formalaşmasına töhfə verib.
ƏtraflıKənd yerlərində qızların təhsildən yayındırılmasının qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kənd yerlərində qızların təhsildən yayındırılması hallarının qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlər təşkil olunub.
ƏtraflıMüxtəlif yaş qruplarına aid uşaqların Azərbaycan dili biliklərinin inkişafı istiqamətində tədbirlər həyata keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində uşaqların Azərbaycan dili biliklərini zənginləşdirmək və nitq bacarıqlarını inkişaf etdirmək məqsədilə müasir resurslardan istifadə olunmasına dair tədbirlər həyata keçirilib.
ƏtraflıAilələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ailələrin, valideynlərin və uşaqların internetdə mövcud təhlükələr barədə məlumatlandırılması mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
Ətraflı