12.06.2026

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə PIRLS 2026 tədqiqatı yekunlaşıb.

Tədqiqat çərçivəsində region üzrə 14 ümumi təhsil müəssisəsindən 15 sinif iştirak edib. Qiymətləndirməyə ümumilikdə 305 nəfər IV sinif şagirdi cəlb olunub. Eyni zamanda, valideynlər, sinif rəhbərləri və məktəb direktorları da sorğu mərhələsində iştirak edərək prosesə töhfə veriblər.

Ətraflı
12.06.2026

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlər davam edir.

Aylıq çərçivəsində Lənkəran, Masallı, Yardımlı, Astara, Lerik və Cəlilabad rayonlarında yerləşən 179 təhsil müəssisəsində görüşlər, seminarlar, dəyirmi masalar, debatlar və interaktiv müzakirələr təşkil olunub. Tədbirlərə ümumilikdə 4732 nəfər şagird, müəllim, valideyn və ictimaiyyət nümayəndəsi cəlb edilib.

Ətraflı
05.06.2026

İxtioz və bullyoz epidermolizin profilaktikası, eləcə də təhsilalanların və təhsilverənlərin bu sahədə maarifləndirilməsi və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə tədbirlər həyata keçirilib.

Tədbirlər Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə etdiyi Astara, Cəlilabad, Lerik, Lənkəran və Masallı rayonlarını əhatə etməklə 2026-cı ilin iyun ayında 34 ümumtəhsil müəssisəsində təşkil olunub. Prosesdə 74 müəllim və 1200-dən çox şagird iştirak edib.

Ətraflı
29.05.2026

"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası istiqamətində tədbirlər keçirilib.

Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarında sözügedən tədbirlərə 99 təhsil müəssisəsi cəlb olunub. Ümumilikdə 2749 nəfər şagird, müəllim və digər iştirakçı tədbirlərdə iştirak edib

Ətraflı
16.05.2026

Zona Fənn Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Artıq 9 ildir keçirilən ənənəvi olimpiadada bu il Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarından 650-yə yaxın IX–XI sinif şagirdi iştirak edib. İndiyədək isə olimpiadalara ümumilikdə 2500-dən çox şagird qatılıb.

Ətraflı
16.05.2026

BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib

Mayın 15-də Lənkəran şəhərində Bakı Slavyan Universitetinin (BSU) Müasir Dillər layihəsi çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə birgə təşkilatçılığı ilə Xarici Dil Müəllimlərinin III Regional Forumu keçirilib.

Ətraflı
15.05.2026

Sosial pedaqoqların fəaliyyəti müzakirə olunub.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə təhkim olunmuş sosial pedaqoqların iştirakı ilə görüş keçirilib.

Ətraflı
10.05.2026

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Lənkəran şəhəri üzrə təhsil sektorunun, təhsil müəssisələrinin rəhbər heyəti və əməkdaşları ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Ətraflı
08.05.2026

IX–XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Yusif Muradlı “Ən yaxşı təqdimat” müsabiqəsində 3-cü yerə layiq görülüb. Qeyd edək ki, şagirdimiz Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadasında 1 qızıl və 1 gümüş, SASMO və AMO olimpiadalarında isə gümüş medallar qazanıb. Ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq!

Ətraflı
07.05.2026

“Uşaqlar və rəqəmsal risklər: virtual mühitdə real təhlükələr” adlı maarifləndirici tədbir keçirilib.

Mayın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaqlar və rəqəmsal risklər: virtual mühitdə real təhlükələr” adlı maarifləndirici tədbir keçirilib.

Ətraflı
07.05.2026

Cəlilabadın “Musalı” komandası “Sərhəd” hərbi-idman oyunlarının qalibi oldu!

Final mərhələsinin yekunlarına görə Cəlilabad rayonunun “Musalı” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Şəmkir rayonunun “Mübarizlər” komandası isə üçüncü yeri tutub.

Ətraflı
07.05.2026

Lənkəranda ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilər arasında bilik yarışı təşkil olunub.

Gərgin və maraqlı bilik mübarizəsi başlayıb. Şagirdlər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı sualları cavablandırıblar. Yarışın yekununda “Yüksəliş” komandası I yerə, “Qurtuluş” komandası II yerə, “Zəfər” komandası isə III yerə layiq görülüb. Qalib komandalar təşkilatçılar tərəfindən hədiyyə və təşəkkürnamələrlə təltif edilib.

Ətraflı
06.05.2026

Respublika Fənn Olimpiadalarında 13 şagirdimiz uğurlu nəticə göstərib!

Respublika Fənn Olimpiadalarında 13 şagirdimiz yüksək nəticə göstərərək qaliblər sırasına daxil olub. Onlar 5 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıblar.

Ətraflı
04.05.2026

Uşaqların elektron qaydada məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi həyata keçirilir.

Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya və suallar yaranarsa, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-0-5) zəng edə bilərlər.

Ətraflı
02.05.2026

Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının yarımfinal turu keçirilib.

‎Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən yarımfinal turunda ümumillikdə 317 nəfər şagird iştirak edib.

Ətraflı