Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlər zamanı şagirdlərə ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri, müstəqil Azərbaycan Konstitusiyasının hazırlanması və qəbul olunmasında müstəsna tarixi rolu barədə geniş məlumat verilib. Mövzuya dair videoçarxlar nümayiş olunub, müəllimlər tərəfindən Konstitusiyanın əsas prinsipləri, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində ulu öndərin strategiyası və siyasi irsi barədə təqdimatlar edilib.
Şagirdlərin fəal iştirakı ilə sual-cavab mərhələləri, müzakirələr və qrup işi təşkil olunub. Tədbirlər ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinin dərindən öyrənilməsinə və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə xidmət edib.