12.06.2025

Uşaqların zərərli informasiyadan qorunması sahəsində maarifləndirici tədbirlər həyata keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanunvericiliyin tələblərinin icrasını təmin etmək və pozuntu hallarının qarşısını almaq məqsədilə maarifləndirici tədbirlər təşkil olunub.
 

Tədbirlər çərçivəsində şagirdlərə internet və media mühitində yayılan zərərli məzmunun psixoloji və sosial təsirləri, informasiya təhlükəsizliyinə dair əsas davranış qaydaları və özünüqoruma bacarıqları barədə geniş məlumat verilib.
 

Müəllimlər tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun əsas müddəaları, təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması, məktəbin və valideynlərin məsuliyyəti ilə bağlı təqdimatlar edilib.
 

Sual-cavab sessiyaları, qrup müzakirələri və maarifləndirici praktik tapşırıqlar vasitəsilə şagirdlərin mövzu üzrə bilikləri daha da möhkəmləndirilib. Tədbirlər uşaqların informasiya təhlükəsizliyi sahəsində məlumatlılığının artırılmasına xidmət edib.