20.04.2025

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

20 aprel tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

Ətraflı
20.04.2025

"Uğurlu nəticələrə çatmaq üçün müəllim-şagird-valideyn bir komanda kimi işləməli, bir-birini dinləməli və dəstəkləməlidir."

“Azərbaycan müəllimi”nin budəfəki qonağı Cəlilabad şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi Murad Zeynalovdur.

Ətraflı
19.04.2025

XI sinif üzrə buraxılış imtahanlarında maksimum nəticə göstərən şagirdlərimizin sayı 3-ə çatdı!

9 mart tarixində keçirilmiş XI sinif üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Astara rayonu Ərçivan qəsəbə N.Kərimov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Əliəkbər Xanağa oğlu Ağayev 300 bal toplayaraq maksimum nəticə göstərib.

Ətraflı
17.04.2025

PISA 2025-də iştirak üçün seçilmiş məktəblərin şagirdləri ilə görüşlər keçirilib.

PISA 2025 (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) qiymətləndirmə tədqiqatında iştirak üçün Lənkəran-Astara regionundan seçilmiş məktəblərin şagirdləri ilə Təhsil İnstitutunun və regional təhsil idarələrinin əməkdaşlarının iştirakı ilə görüşlər təşkil olunub.

Ətraflı
15.04.2025

Erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin artırılması məqsədi ilə maarifləndirici tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində erkən yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasının vacibliyinə dair maarifləndirici tədbirlər təşkil olunub.

Ətraflı
11.04.2025

“Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə keçirilən şahmat turnirində rayon təhsil sektorlarının 5 komandası mübarizə aparıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov və Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov çıxış edərək şagirdlərə uğurlar arzulayıb və sonra turnirin gedişatını yaxından izləyiblər.
 

Ətraflı
11.04.2025

Buraxılış imtahanının nəticələri müzakirə olunub.

 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında iştirak edən şagirdlərin nəticələri əsasında Lənkəran, Yardımlı və Cəlilabad rayonları üzrə təhlillər aparılıb, təhsil müəssisələrinin rəhbərləri ilə müzakirə edilib.

Ətraflı
10.04.2025

Şagirdlərimizdən maksimum nəticə!

XI sinif üzrə buraxılış imtahanlarında 2 şagirdimiz maksimum nəticə göstərib.

Ətraflı
10.04.2025

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 47 şagird PIRLS 2026-nın sınaq mərhələsinə cəlb olunub.

Cəlilabad şəhəri R.Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 30, Lənkəran rayonu Viravul kənd C.Əzimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin isə 17 nəfər şagirdi PIRLS 2026 (Progress in International Reading Literacy Study) tədqiqatının sınaq mərhələsində iştirak edib.

Ətraflı
09.04.2025

Lənkəranda “Azerfoodathon” layihəsinin mükafatlandırılma mərasimi keçirilib.

ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin (ADA SAFS) təşkilatçılığı ilə #Azerfoodathon layihəsi Lənkəran, Masallı, Astara və Cəlilabadda uğurla başa çatıb.

Ətraflı
08.04.2025

Məktəblilər üçün insan hüquqlarına dair maarifləndirici tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində məktəblilər üçün insan hüquqlarına dair maarifləndirici tədbirlərin keçirilməsi ardıcıl şəkildə davam etdirilir. 

Ətraflı
08.04.2025

Zona Fənn Olimpiadasında 600 nəfərə yaxın şagird iştirak edib.

Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zona Fənn Olimpiadası (ZFO) keçirilib.

Ətraflı
08.04.2025

Lənkəran-Astara Regional Məşğulluq filialı təhsil müəssisələrinin rəhbərləri ilə informativ görüş keçirib.

Görüş zamanı Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, icra olunan proqramlar, işəgötürənlər və işaxtaranlar üçün mövcud imkanlar barədə ətraflı məlumat verilib. Həmçinin məşğulluq sahəsində təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və gənclərin əmək bazarına inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edənlərin sualları Lənkəran-Astara Regional Məşğulluq filialının müdiri Rasim Harəzmşah tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Ətraflı
05.04.2025

"Mavi Xəzinə"mizə kubok da əlavə edildi.

"STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 7-9 yaşlı şagirdlərdən ibarət 40-dan çox komanda arasında "FIRST LEGO LEAGUE Explore" yarışının respublika turniri həyata keçirilib.

Ətraflı
05.04.2025

#Əlaçı intellektual oyununun 21-ci mövsümünün seçim turu baş tutub.

Aprelin 5-də ölkənin müxtəlif regionlarını əhatə edən ümumi təhsil məktəblərinin IX sinif şagirdlərinin iştirakı ilə “Əlaçı” intellektual oyununun 21-ci mövsümünün seçim turu keçirilib.

Ətraflı