23.06.2025

Məktəblilərarası fənn müsabiqələrinin qalibləri arasında 4 şagirdimiz var.

31 may 2025-ci il tarixində keçirilmiş Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinin yekun nəticələri elan edilib:

► Akif Tural oğlu Cavadov (Masallı şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbi) ー informatika fənni üzrə 2-ci yer

► Aidə Vahid qızı Ağayeva (Astara rayonu Vaqo kənd tam orta ümumtəhsil məktəbi) ー biologiya fənni üzrə 3-cü yer

► Zəhra Cəbrail qızı Süleymanlı (Cəlilabad rayonu Xanəgah kənd tam orta ümumtəhsil məktəbi) ー təbiət fənni üzrə 3-cü yer

► Eşqin Samir oğlu Səmədli (Masallı şəhəri “Dəfinə” texniki-riyaziyyat təmayüllü lisey) ー kimya fənni üzrə 3-cü yer

Ətraflı
21.06.2025

Şagirdimiz beynəlxalq çempion kəməri turnirində gümüş medal qazandı.

Abşeron Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə IV beynəlxalq çempion kəməri turniri keçirilib. Turnirdə Cəlilabad rayon uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Bədirli Hasil Elnur oğlu (27 kq) gümüş medalın sahibi olub.

Ətraflı
20.06.2025

Masallı UGİŞM-in voleybol komandası respublika üçüncüsü oldu.

“Təhsil” Respublika İdman Mərkəzinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə voleybol idman növü üzrə respublika birinciliyi keçirilib.

Ətraflı
20.06.2025

Şagirdlərimiz “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri sırasında.

Olimpiadanın final mərhələsində iştirak edən 33 nəfərdən 18-i qalib olub. Onlardan 3 nəfər I, 6 nəfər II, 9 nəfər isə III yerə layiq görülüb.

Ətraflı
19.06.2025

İki müəllimimizdən maksimum nəticə.

19 iyunda keçirilən sertifikatlaşdırma prosesində Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə iki müəllim maksimum (60 bal) nəticə göstərib.

Ətraflı
19.06.2025

Sertifikatlaşdırma prosesinin ikinci günü yekunlaşdı.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ikinci günündə coğrafiya və ibtidai sinif üzrə tədris aparan təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarında Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 391 nəfər təhsilverən iştirak edib.

Ətraflı
19.06.2025

Sertifikatlaşdırma prosesinin ikinci günü.

19 iyun tarixində sertifikatlaşdırma prosesində coğrafiya fənnini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif müəllimləri iştirak edəcəklər.

Ətraflı
18.06.2025

“İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib.

Ölkəmizdə iyunun 18-i İnsan Hüquqları Günü kimi qeyd edilir. İnsan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, vətəndaşların hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyini diqqətə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2025-ci ildə də 18 may–18 iyun tarixləri ölkədə #İnsanHüquqlarıAylığı elan edilib.

Ətraflı
18.06.2025

Respublika fənn olimpiadalarının qalibləri “Azərbaycan müəllimi”nə maraqlı müsahibələr veriblər.

Respublika fənn olimpiadalarının qalibləri “Azərbaycan müəllimi”nə maraqlı müsahibələr veriblər. Medalçılarımız öz uğur hekayələrindən, qazandıqları təcrübə və keçdikləri hazırlıq mərhələlərindən, qarşılaşdıqları çətinliklər və gələcək planlarından danışıblar.

Ətraflı
18.06.2025

Sertifikatlaşdırma prosesinin ilk günü yekunlaşdı.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarında Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 184 nəfər təhsilverən iştirak edib.

Ətraflı
18.06.2025

Sertifikatlaşdırma prosesinə start verilir.

18 iyun tarixindən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilir. Sertifikatlaşdırma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Ətraflı
15.06.2025

Milli Qurtuluş Gününü böyük qürur hissi ilə qeyd etdik.

15 iyun tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbər heyəti və əməkdaşları, təhsil işçiləri ilk olaraq Lənkəranda ümummilli lider Heydər Əliyevin adını daşıyan xatirə parkında abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər, görkəmli şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
 

Ətraflı
14.06.2025

Şagirdimiz və artıq bu gündən məzunumuz olan Ruslan “Son zəng” gününü qızıl medalla qeyd edir.

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-17 Avropa çempionatında Ruslan Əlizadə (55 kq) həlledici görüşdə rusiyalı Maxaç Abdullayevlə güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada (3:2) qələbə qazanan Lənkəran rayonu Separadi kənd tam orta ümumtəhsil məktəbinin builki məzunu Ruslan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 

Ətraflı
14.06.2025

İyunun 14-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

Regionumuzda keçirilən “Son zəng” tədbirlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin, rayonlar üzrə təhsil sektorlarının, rayon icra hakimiyyətlərinin, dövlət qurumlarının rəhbər heyəti və əməkdaşları, məzunlar, valideynlər, müəllimlər, və şəhid ailələri iştirak ediblər.

Ətraflı
13.06.2025

 Masallı UGİŞM komandası mini-futbol üzrə respublika birinciliyinin qalibi olub.

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2014-cü il və ondan kiçik təvəllüdlü məktəblilər arasında mini-futbol üzrə keçirilən respublika birinciliyinin final mərhələsində Şirvan, Tovuz, Gəncə, Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəblərinin, Lənkəran İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları UGİM-in (İOEUGİM) və 8 nömrəli İOEUGİM-in komandaları mübarizə aparıblar.

Ətraflı