18.06.2025

Sertifikatlaşdırma prosesinə start verilir.

18 iyun tarixindən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilir. Sertifikatlaşdırma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.
 

Bu gün Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə Masallı və Lənkəranda yerləşən 2 mərkəzdə test imtahanı mərhələsi təşkil olunub və 192 nəfər müəllimin iştirakı nəzərdə tutulub.
 

Sertifikatlaşdırmada iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq✨
 

#LənkəranAstaraRTİ #ElmVəTəhsilNazirliyi #ARTİ #MÜTDA #İRM #Müəllim #Sertifikatlaşdırma #EduAzİRM