Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-17 Avropa çempionatında Ruslan Əlizadə (55 kq) həlledici görüşdə rusiyalı Maxaç Abdullayevlə güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada (3:2) qələbə qazanan Lənkəran rayonu Separadi kənd tam orta ümumtəhsil məktəbinin builki məzunu Ruslan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sərbəst güləş üzrə çempionumuzu və müəllimlərini təbrik edirik, gələcək yarışlarda ona uğurlar arzulayırıq!
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #SərbəstGüləş #GüləşAzərbaycan #QızılMedal #AvropaÇempionu #SonZəng