18.10.2021

Qoşulmama Hərəkatı və Azərbaycan

İkinci dünya müharibəsindən sonra dünyada yaranan təşkilatlardan biri də Qoşulmama hərəkatıdır. O nisbətən az inkişaf etmiş dövlətlərin birliyi idi. Onlar öz varlıqlarını ilk dəfə məhz 1955-ci ildə İndoneziyada keçirilən Bandunq konfransında bəlli etdilər. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır.

Ətraflı
17.10.2021

Qələbə sevincli görüş

Azərbaycanın füsünkar təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri daim düşmənlərimizi torpaqlarımıza göz dikməyə vadar edib. 30 il idi ki, torpaqlarımız düşmən tapdağı altında inildəyirdi. Lakin cənab Ali Baş Komandanımız İlham Əliyevin  uğurlu, ardıcıl və məqsədyönlü siyasəti sayəsində biz torpaqlarımızı azad etdik. İkinci Qarabağ müharibəsində həyata keçirilən uğurlu əməliiyatlardan xüsusi  əhmiyyət kəsb edən Hadrut əməliyyatı idi. Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə-Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir.

Ətraflı
15.10.2021

Füzuli şəhərinin işğaldan azad olunması haqqında

Yenicə müstəqillik əldə edən Azərbaycan, qısa müddət ərzində mənfur qonşusu olan ermənilərdən ard-arda zərbələr aldı. Qərb torpaqlarında yerləşən şəhər və rayonlar bir-bir işğal olunurdu. Həmin işğal edilmiş ərazilərindən biri də Füzuli şəhəri və rayonun böyük hissəsi idi. 23 avqust 1993- cü ildə erməni silahlı qüvvələri qeyd edilən Füzuli şəhəri və rayonun böyük hissəsini işğal etdilər. Bundan sonra yalnız Heydər Əliyevin döyüş əmri ilə 5 yanvar 1994-cü ildə Azərbaycan silahlı qüvvələrinin hücumu nəticəsində bir sıra vacib ərazilər işğaldan azad edildi. Bu azad edilmiş ərazilərə 22 yaşayış məntəqəsi daxildir. Azad edilmiş ərazilərdə Füzuli əhalisinin 50%-i yaşayır. Qələbə ilə bitən bu əməliyyatlarda Azərbaycan tərəfi 657 şəhid, 400 əlil vermiş və 181 nəfərin taleyi hələ də məlum deyil.

Ətraflı
13.10.2021

LŞTŞ müdiri videoqəbul formatında vətəndaşları qəbul edib

Oktyabrın 12-də Lənkəran Şəhər Təhsil Şöbəsinin (LŞTŞ) müdiri Ülviyyə xanım Əliyeva videoqəbul formatında vətəndaşları qəbul edib.

Ətraflı
08.10.2021

Quruculuq işləri sürətlə davam edir

27 sentyabr 2020-ci il Azərbaycan tarixində bütün dövrlərin ən yadda qalan tarixlərindən biridir. Uzun illər sonra Azərbaycan ilk dəfə itirdiyi tarixi əraziləri geri qaytardı. Bu müasir Azərbaycan Respublikası tarixində mütərəqqi hadisə idi.

Ətraflı
08.10.2021

Talış və Suqovuşan qələbəsi

Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri Suqovuşan ərazisinə olmuşdur. Sözsüz ki, vətənin hər qarışının bizim üçün misilsiz dəyəri vardır. Lakin, müharibənin əvvəlində 3 oktyabr 2020-ci ildə Suqovuşanın azad edilməsi müharibənin növbəti mərhələsində bizə böyük üstünlüklər verdi.

Ətraflı
07.10.2021

Birgəyaşayış regionun qaçılmaz gələcəyidir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxındır davam edən işğala son qoydu. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırdı. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən birinə çevrildi. Digər mühüm məsələ isə Qarabağda yaşayan ermənilərin talehidir.

Ətraflı
07.10.2021

“Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda tədbir keçirilib

Oktyabrın 6-da Lənkəran Şəhər Təhsil Şöbəsi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) Lənkəran bölgəsi üzrə şöbəsinin və T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda tədbir keçirilib.

Ətraflı
06.10.2021

Təhsil Şöbəsində görüş keçirilib

Oktyabrın 5-də Lənkəran Şəhər Təhsil Şöbəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş keçirilib.

Ətraflı
06.10.2021

Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Oktyabrın 5-də T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbin akt zalında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdiri Rasilə xanım Arifqızı və Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, müdir müavini Nəsir Əkbərov, şəhid müəllim ailələrinin üzvləri, Vətən müharibəsində iştirak edən qəhrəman müəllimlər, ümumtəhsil məktəblərin direktorları, rayonun  qabaqcıl müəllimləri və V qrant müsabiqəsinin qalibləri iştirak ediblər.

Ətraflı
06.10.2021

LŞTŞ müdiri videoqəbul formatında vətəndaşları qəbul edib

Oktyabrın 05-də Lənkəran Şəhər Təhsil Şöbəsinin (LŞTŞ) müdiri Ülviyyə xanım Əliyeva videoqəbul formatında vətəndaşları qəbul edib.

Ətraflı
30.09.2021

Postmüharibə dövründə yaranmış yeni münasibətlər

30 illik işğala 44 gündə son qoyan Azərbaycanın bu uğurunu təbii ki, qəbul etmək bəzi ölkələr üçün elə də asan deyil. Bu ölkələrin başında da Ermənistan durur.

Ətraflı
29.09.2021

Vaxtında verilən qərarın uğurlu nəticəsi

27-sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin növbəti daha genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonalarda yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar və minaatanlardan  atəşə tutmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən  qoşunların bütün cəbhə boyu sürətli əks- hücum əməliyyatı başlaması barədə qərar verildi.Qarşıdurmalar qısa müddətdə şiddətləndi və İkinci Qarabağ müharibəsinə çevrildi.

Ətraflı
28.09.2021

LŞTŞ müdiri videoqəbul formatında vətəndaşları qəbul edib

Sentyabrın 28-də Lənkəran Şəhər Təhsil Şöbəsinin (LŞTŞ) müdiri Ülviyyə xanım Əliyeva videoqəbul formatında vətəndaşları qəbul edib.

Ətraflı
27.09.2021

Azərbaycan ordusu müharibə zamanı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra xarici televiziya kanallarına, qəzetlərinə müsahibələr vermişdir ki, bu müsahibələrlə lazım olan siyasi mesajlar verilmişdir. Biz istər siyasi müharibə, istər şiddətli döyüşlərin getdiyi zaman bunun şahidi olmuşuq.

Ətraflı