2024-cü ilin oktyabr ayından etibarən davam edən BilBacar müsabiqəsinin qalibləri bəlli oldu. “Ən yaxşı nəticə” nominasiyası üzrə qalib gələn Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli texniki-riyaziyyat təmayüllü liseyin VIII sinif şagirdi Hüseynzadə Rafət Bəhruz oğlu BilBacar müsabiqəsində 3-cü yerə çıxıb.
Şagirdimizi təbrik edir və ona daha böyük uğurlar arzu edirik!