Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsi yekunlaşıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti dəfə müsahibə mərhələsi keçirilib.
Ətraflıİdarə müdiri təhsildə keyfiyyətin artırılması ilə bağlı görüş keçirib.

Görüş zamanı idarə müdiri təqdimatla çıxış edərək region üzrə təhsil sahəsində əldə olunmuş nəticələrdən, müxtəlif statistik göstəricilərdən, yeni tədris ili üzrə əsas prioritet istiqamətlərdən və strateji hədəflərdən danışıb.
ƏtraflıMəktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimovun, Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanovun, idarə əməkdaşlarının, rayonlar üzrə təhsil sektorlarının müdirlərinin və məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
ƏtraflıQarabağ Universitetində fəaliyyətə başlayacaq Tibb və Sağlamlıq Elmləri fakültəsi ilə bağlı təbliğat görüşü keçirilib.

Görüşdə Qarabağ Universitetinin Klinikasının direktoru, Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekanı Samir Babayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, müəllimlər, valideynlər və 2024–2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin X sinif şagirdləri, həmçinin IV ixtisas qrupu üzrə qəbul imtahanında uğurlu nəticə göstərmiş məzunlar iştirak edib.
ƏtraflıQızıl nişana layiq görülmüş məzunlarla görüş keçirilib.

Müvafiq rayon üzrə təhsil sektorlarının müdirləri ümumi təhsilini xüsusi nailiyyətlərlə başa vuran məzunlarla görüşüb. Səmimi görüş zamanı məzunların təhsil və sosial həyatı, ixtisas seçimləri və gələcək planları müzakirə olunub. Onlara fərdi inkişafları, cəmiyyətə faydalı vətəndaş olmaları və ali təhsillə bağlı müəyyən tövsiyələr verilib və nişanlar təqdim edilib.
Ətraflı“Bir otaq – Min ümid” sosial təşəbbüsü yay günlərində uğurla başa çatıb.

Layihə çərçivəsində Astara şəhəri 5 nömrəli və Kijəbə qəsəbə tam orta ümumtəhsil məktəblərinin peşə təmayüllü siniflərinin şagirdləri bir bağçanın otağının döşəmə örtüyünü yeniləyib, pərdələri dəyişib, masa, oturacaqlar və digər əşyaları da təmir ediblər.
ƏtraflıLənkəran-Astara Regional Təhsil İdarəsində 2024-2025-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirilib.

Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları, həmçinin rayonlar üzrə təhsil sektorlarının rəhbər və əməkdaşları iştirak ediblər.
Məzunlara attestatlar təqdim edilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 2024-2025-ci tədris ilində məzun olan IX və XI sinif şagirdlərinə attestatlar təqdim edilib.
ƏtraflıSinqapurda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında şagirdimiz uğurlu çıxış edib.

Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Əliyyəkbər Şirinli bürünc medal qazanıb.
Ətraflı“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qaliblərindən olan şagirdlərimiz mükafatlandırılıblar.

Cəlilabad şəhəri 7 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Quliyev Fərid Rəsul oğlu və Cəlilabad rayonu Gülməmmədli kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Vəliyev Kənan Rizvan oğlu gümüş medala layiq görülüblər.
ƏtraflıSertifikatlaşdırma prosesi yekunlaşdı.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin sonuncu günündə fizika və informatika fənləri üzrə tədris aparan təhsilverənlər prosesə cəlb olunub. Bugünkü test imtahanlarında Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 486 nəfər təhsilverən iştirak edib.
ƏtraflıSertifikatlaşdırma prosesinin sonuncu günü .

Bu gün Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə Astara, Lənkəran və Masallıda yerləşən 3 mərkəzdə test imtahanı mərhələsi keçirilir. Fizika və informatika fənlərini tədris edən 507 nəfər müəllimin iştirakı nəzərdə tutulub.
Sertifikatlaşdırmada iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!
ƏtraflıSertifikatlaşdırma prosesinin növbəti günü yekunlaşdı.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin növbəti günündə biologiya və kimya fənləri üzrə tədris aparan təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarında Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 391 nəfər təhsilverən iştirak edib.
ƏtraflıSertifikatlaşdırma prosesi davam edir.

Bu gün Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə Astara, Lənkəran və Masallıda yerləşən 3 mərkəzdə test imtahanı mərhələsi keçirilir. Biologiya və kimya fənlərini tədris edən 415 nəfər müəllimin iştirakı nəzərdə tutulub.
ƏtraflıElm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə müəllim və şagirdlərlə görüş keçirilib.

Masallı rayon Şərəfə kənd və Lənkəran şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəblərində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə müəllim və şagird kollektivi ilə görüşlər təşkil olunub.
Ətraflı