13.06.2025

 Masallı UGİŞM komandası mini-futbol üzrə respublika birinciliyinin qalibi olub.

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2014-cü il və ondan kiçik təvəllüdlü məktəblilər arasında mini-futbol üzrə keçirilən respublika birinciliyinin final mərhələsində Şirvan, Tovuz, Gəncə, Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəblərinin, Lənkəran İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları UGİM-in (İOEUGİM) və 8 nömrəli İOEUGİM-in komandaları mübarizə aparıblar.
 

Yekun nəticəyə əsasən:

 I yer – Masallı UGİŞM

 II yer – 8 nömrəli İOEUGİM

 III yer – Lənkəran İOEUGİM
 

Qalib komandalar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən kubok, medal və diplomlarla təltif olunublar.
 

Qeyd edək ki, Masallı UGİŞM komandasının yarışlara hazırlığını baş məşqçi-müəllim Rövşən Süleymanovun rəhbərliyi ilə məşqçi-müəllimlər Bəhruz Rəhimov və Tayfur İbayev həyata keçiriblər.
 

►Yarışın əsas məqsədi məktəblilər arasında futbol idman növünün təbliği, onların fiziki hazırlığının artırılması və perspektivli gənc idmançıların aşkarlanması olub.
 

Masallı və Lənkəran komandalarını təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #MasallıUGİŞM #LənkəranİOEUGİM #minifutbol