Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə başlanılır.

Yerdəyişmə etmək istəyən namizədlər 07 aprel 2026-cı il tarixindən 13 aprel 2026-cı il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
ƏtraflıVətəndaşların diqqətinə!

Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayon (şəhər) üzrə təhsil sektorlarının müdirləri tərəfindən vətəndaşların qəbulu qrafikini nəzərinizə çatdırırıq.
ƏtraflıRespublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan olunub.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrindən 517 şagird yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb, onlardan 8-i 100% nəticə göstərib.
ƏtraflıEksternat qaydada imtahan keçiriləcək.

Lənkəran-Astara Regional Təhsil İdarəsi əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 31 yanvar 2026-cı il tarixində eksternat qaydada imtahan təşkil edəcək.
Lənkəran-Astara Regional Təhsil İdarəsi mühasib vəzifəsi üzrə vakant olan yerlərə işə qəbul elan edir.

Müraciət etmək istəyən şəxslərdən yuxarıda qeyd olunan sənədləri 16 dekabr 2025-ci il tarixdən 25 dekabr 2025-ci il tarixinədək Lənkəran-Astara Regional Təhsil İdarəsinə təqdim etmələri xahiş olunur.
Ətraflı“Xarıbülbül” bilik yarışmasında final həyəcanı!

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin VIII–XI sinif şagirdləri arasında “Xarıbülbül” bilik yarışmasının final turu keçiriləcək.
ƏtraflıEksternat qaydada keçiriləcək imtahanda iştirak etmək istəyənlərin nəzərinə!

Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış və ya hazırda Lənkəran-Astara bölgəsində qeydiyyatda olan ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər.
Ətraflı“Xarıbülbül” bilik yarışmasına start verilir!

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin VIII–XI sinif şagirdləri arasında “Xarıbülbül” bilik yarışmasına start verilir.
ƏtraflıLənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Müsabiqənin test mərhələsində 40 bal və daha yuxarı nəticə göstərmiş namizədlər 29 oktyabr 2025-ci il tarixindən 04 noyabr 2025-ci il tarixinədək (saat 17:00-dək) aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
ƏtraflıVətəndaşların diqqətinə!

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı, saat 14:30-dan 16:30-dək həyata keçiriləcək.
Qəbul zamanı vətəndaşlar məktəbin fəaliyyəti, tədris prosesi və digər təhsil məsələləri ilə bağlı müraciətlərini birbaşa məktəb direktorlarına çatdıra bilərlər.
Lənkəran-Astara Regional Təhsil İdarəsi loqoped-müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə elan edir.

Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyində olan Astara rayonu Ərçivan qəsəbəsi Natiq Kərimov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil ediləcək inklüziv siniflərə loqoped-müəllim vəzifəsinə işə qəbul elan edir.
ƏtraflıValideynlərin diqqətinə!

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində bir neçə yaş qrupu üzrə 1626 boş yer mövcuddur.
ƏtraflıTədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə test imtahanı keçiriləcək.

18 avqust 2025-ci il tarixində saat 10:00-da Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.
ƏtraflıAstara və Cəlilabadda yeni liseylər fəaliyyətə başlayır.

Bu yenilik ümumi təhsilin məzmun və keyfiyyət baxımından daha da zənginləşdirilməsi, istedadlı şagirdlərin inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Ətraflı“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində tərbiyəçi-müəllim vakansiyalarına müraciətə start verildi.

Məktəbəqədər təhsil ixtisaslı və icma mərkəzinə yaxın məsafədə yaşayan namizədlərə üstünlük verilir.