Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində fəaliyyət göstərən direktor müavinləri (tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı) iyun ayından etibarən təkmilləşmə proqramına cəlb olunublar. Proqram SİM platforması üzərindən onlayn formada aparılır.
⇒ İlk olaraq iştirakçıların qeydiyyatı aparılıb, sistemə daxil olmaq üçün giriş imkanı yaradılıb və SİM platfomasından istifadə ilə bağlı onlayn təlimatlandırma işləri həyata keçirilib. İştirakçılar proqram üzrə mövzuları əhatə edən kurslarda və müvafiq qiymətləndirmələrdə iştirak edəcəklər.
Qeyd edək ki, ilkin olaraq platformada 472 namizədin iştirakı təsdiq edilib. Hazırlıq proqramı direktor müavinlərinin təkmilləşməsi üçündür və iştirak etmələri tövsiyə olunur.
Bütün iştirakçılara uğurlar arzulayırıq!
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #SİM #platforma #məktəbidarəçiləri