01.06.2025

Uşaqların Beynəlxalq Müdafiəsi Gününü maraqlı tədbirlərlə qeyd etdik.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Keçirilən tədbirlərdə şən mahnılar ifa edilib, balaca fidanların və şagirdlərin ifasında rəqs, musiqi nömrələri nümayiş olunub, şeirlər səsləndirilib, uşaqlara müxtəlif hədiyyələr verilib.

Ətraflı
29.05.2025

Regionumuzda basketbol idman növünə maraq artmaqdadır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Cəlilabad və Lənkəran rayonlarının ümumtəhsil məktəblərinin basketbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Həm oğlan, həm də qız şagirdlərdən ibarət 4 komandanın mübarizə apardığı qarşılaşma sonunda Cəlilabad rayonunu təmsil edən komanda qalib gəlib.
 

Ətraflı
28.05.2025

Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Zona Fənn Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Eyni zamanda Bakı Musiqi Akademiyasının istedadlı tələbələri Lənkəran Dövlət Universitetində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə və 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

Ətraflı
28.05.2025

Uşaq hüquqlarının müdafiəsi və maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagirdlərlə uşaq hüquqları, zorakılığın qarşısının alınması, narkotik vasitələrin zərərləri, insan alveri və digər hüquq pozuntuları barədə profilaktik söhbətlər təşkil olunub.

Ətraflı
28.05.2025

28 May – Müstəqillik Günü ilə əlaqədar təhsil müəssisələrimizdə silsilə tədbirlər keçirilib.

#MüstəqillikGünü ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilib.

Ətraflı
22.05.2025

Məktəbəqədər müəssisələrdə “Sağlam qidalanma” ilə bağlı maarifləndirici tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində “Sağlam qidalanma” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.

Ətraflı
22.05.2025

“Gender bərabərliyi” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrində işçi heyətin gender bərabərliyi mövzusunda maarifləndirilməsi məqsədilə tədbirlər təşkil olunub.

Ətraflı
22.05.2025

Masallıda “Zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzusunda konfrans keçirilib.

Masallı Heydər Əliyev Mərkəzində #KonstitusiyavəSuverenlikİli çərçivəsində “Zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzusunda konfrans keçirilib.

Ətraflı
22.05.2025

PISA 2025 Beynəlxalq Qiymətləndirməsi yekunlaşdı.

Qiymətləndirmə 12-22 may tarixlərini əhatə etməklə 8 gün ərzində mərkəzləşmiş qaydada həyata keçirilib. Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 6 rayon (şəhər) üzrə 22 təhsil müəssisəsinin 535 nəfər şagirdi qiymətləndirməyə cəlb edilib. İmtahan prosesi beynəlxalq standartlara uyğun şəkildə, şəffaflıq və texniki göstəricilər nəzərə alınmaqla təşkil olunub.

Ətraflı
21.05.2025

"Narkomaniya ümumbəşəri bəladır!" mövzusunda məktəblilərlə görüş keçirilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkomaniya ümumbəşəri bəladır!" mövzusunda rayon məktəbliləri ilə görüş keçirilib.

Ətraflı
20.05.2025

Tədris digər dildə aparılan bölmələr üzrə müsahibəyə start verilib.

Mayın 19-dan etibarən Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələrə start verilib.

Ətraflı
18.05.2025

Mayın 18-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin VI siniflərində monitorinq keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 62 mərkəzdə baş tutan monitorinqdə 11 min nəfərdən çox şagird iştirak edib.

Ətraflı
18.05.2025

İntellektual məktəb çempionatının zona mərhələsi yekunlaşıb.

Lənkəran rayon Sütəmurdov kənd tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual məktəb çempionatının zona mərhələsi keçirilib.

Ətraflı
17.05.2025

Mayın 17-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilir.

Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir.

Ətraflı
14.05.2025

"Ən yaxşı təqdimat" müsabiqəsində III dərəcəli diploma layiq görülən Lerik şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Sübhan Seyfullazadənin “Azərbaycan müəllimi”nə müsahibəsini aşağıdakı linkdən oxuya bilərsiniz:

#ƏnYaxşıTəqdimat müsabiqəsində III dərəcəli diploma layiq görülən Lerik şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Sübhan Seyfullazadənin “Azərbaycan müəllimi”nə müsahibəsini aşağıdakı linkdən oxuya bilərsiniz:

https://shorturl.at/n5gW2

Ətraflı