Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.

Martın 2-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V, VI və VII sinif şagirdlərinin iştirakı ilə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.
ƏtraflıMasallıda təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlandırıcı görüş keçirilib.

Bu il sertifikasiya imtahanlarına cəlb olunacaq Masallı rayonunun ümumtəhsil məktəblərində çalışan təhsilverənlər üçün sertifikatlaşdırma prosesi ilə bağlı məlumatlandırıcı və dəstək xarakterli görüş keçirilib.
ƏtraflıCəlilabadda təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlandırıcı görüş keçirilib.

Bu il sertifikasiya imtahanlarına cəlb olunacaq Cəlilabad rayon ümumtəhsil məktəblərində çalışan təhsilverənlər üçün sertifikatlaşdırma prosesi ilə bağlı məlumatlandırıcı və dəstək xarakterli görüş keçirilib.
ƏtraflıXocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.

Soyqırımının 33-cü ildönümü ilə əlaqədar Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi və kollektivi Lənkəran şəhərində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə qərənfillər düzüblər.
ƏtraflıÜmumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Lənkəran rayonu üzrə təhsil sektorunun əhatə dairəsində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
ƏtraflıRespublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə yarımfinal turu 2 mərkəzdə təşkil edilib. Yarımfinal mərhələsində ümumillikdə 836 nəfər şagird iştirak edib.
ƏtraflıLənkəran-Astara regionu üzrə təhsil müəssisələrindəki vakant vəzifələrə 643 namizəd imtahan verib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində hazırda vakant olan laborant, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul müsabiqəsi üzrə test imtahanı keçirilib.
Ətraflı21 Fevral - Beynəlxalq Ana Dili Gününü bir-birindən maraqlı tədbirlərlə qeyd etdik.

Təhsil müəssisələrimizdə ana dilinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi məqsədilə maarifləndirici tədbirlər keçirilib.
ƏtraflıVI siniflər üçün onlayn monitorinq keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən VI sinif şagirdlərinin bilik və bacarıqlarını yoxlamaq üçün Azərbaycan dili, riyaziyyat, təbiət və xarici dil fənləri üzrə onlayn monitorinq keçirilib. 132 mərkəzdə təşkil olunmuş monitorinqdə region üzrə 8000 nəfərdən çox şagird iştirak edib.
ƏtraflıHESABAT: Lənkəran-Astara regional Təhsil İdarəsinin yanvar ayında həyata keçirdiyi fəaliyyətlərin hesabatını təqdim edirik

11 Fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günüdür. Lənkəran-Astara Regional Təhsil İdarəsinin yanvar ayında fəaliyyətindən bəhs edən videosunu da istedadlı qız şagirdimiz Yağmur Qəribova təqdim edir.
Ətraflı“Sabahın alimləri” müsabiqəsində finala vəsiqə qazanan şagirdlərlə görüş keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev ötən həftə Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində finalda yarışacaq şagirdlər və onların müəllimləri ilə görüş keçirib. Görüşdə şagirdlər layihələri haqqında məlumat veriblər və hazırlıq prosesindən danışıblar.
ƏtraflıLənkəran-Astara Regional Təhsil İdarəsində Daxili nizam-intizam Qaydaları ilə bağlı maarifləndirici iclas keçirilib.

İnzibati təşkilat sektorunun məsləhətçisi Elnur Mənəfov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 23 noyabr 2024-cü il tarixli əmri ilə təsdiqlənmiş Daxili nizam-intizam Qaydaları barədə ətraflı təqdimatla çıxış edib, qaydaların mahiyyəti, tələbləri və tətbiq dairəsi barədə iştirakçılara məlumat verib.
ƏtraflıGənclər Gününüz mübarək!

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbər heyəti və Lerik, Yardımlı, Cəlilabad, Lənkəran, Astara və Masallı rayonlarında fəaliyyətləri ilə fərqlənən gənc müəllimlər iştirak edib.
ƏtraflıRFO-nun növbəti mərhələsi üçün hazırlıqlar davam edir.

Lənkəran-Astara Regional Təhsil İdarəsində RFO-nun növbəti mərhələləri ilə bağlı müzakirə aparılıb.
Ətraflı
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və "Cerebry", "BilBacar" layihələrində iştirak edən ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə sözügedən layihələr üzrə I yarımilin nəticələri müzakirə olunub, növbəti mərhələdə görüləcək işlər barədə diskussiya aparılıb. Suallar cavablandırılıb və təkliflər səsləndirilib.
Ətraflı