Regionumuzda keçirilən “Son zəng” tədbirlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin, rayonlar üzrə təhsil sektorlarının, rayon icra hakimiyyətlərinin, dövlət qurumlarının rəhbər heyəti və əməkdaşları, məzunlar, valideynlər, müəllimlər, və şəhid ailələri iştirak ediblər.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxışlar dinlənilib, məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar nümayiş etdirilib.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində Lənkəran-Astara RTi-nin tabeliyindəki məktəblərin IX siniflərini 11758, XI siniflərini isə 7775 şagird bitirib.
Əziz məzunlar, yeni həyat mərhələsində və təhsil pilləsində hər birinizə müvəffəqiyyətlər arzulayırıq!