03.10.2025

Cəlilabadda yeni inşa edilmiş məktəb binasının açılış mərasimi baş tutub.

Cəlilabad rayonu Göytəpə şəhəri Vasif Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni inşa edilmiş binasının açılış mərasimi keçirilib.

Ətraflı
30.09.2025

İlk dəfə pedaqoji fəaliyyətə başlayan müəllimlərlə görüş keçirilib.

Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarında müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq ilk dəfə pedaqoji fəaliyyətə başlayan müəllimlərlə görüş keçirilib.

Ətraflı
27.09.2025

“Anım Günü dərin ehtiramın ifadəsidir.”

27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, şəhid və qazilərin ailə üzvləri, idarə və sektor əməkdaşları, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayonlar üzrə nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Ətraflı
25.09.2025

“Müasir metodist” layihəsi çərçivəsində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə təyin edilən metodistlərlə görüş keçirilib.

Ətraflı
20.09.2025

"Əlaçı"nın seçim turu keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin şagirdləri #Əlaçı televiziya layihəsinin seçim turunda iştirak ediblər.

Ətraflı
19.09.2025

“Konstitusiya və suverenlik ili”nə həsr olunmuş “20 Sentyabr - Dövlət Suverenliyi Günü” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ətraflı
15.09.2025

2025–2026-cı tədris ili başladı!

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində yeni tədris ilinin ilk günü sevinclə qarşılanıb. II–XI siniflərdə təhsil alan 110 564 şagird üçün ilk dərs "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunub və bu, vətənpərvərlik ruhunun güclənməsinə, milli kimliyin daha dərindən dərk edilməsinə xidmət edib.
 

Ətraflı
15.09.2025

Bilik Günündə Astara və Lerik rayonlarında yeni inşa edilmiş məktəb binalarının açılış mərasimləri baş tutub.

Astara rayonunun Sərək, Lerik rayonunun Cəngəmiran kəndlərində yeni inşa edilmiş məktəb binalarının açılış mərasimləri keçirilib.

Ətraflı
10.09.2025

Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirildi.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, həmçinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub.

Ətraflı
05.09.2025

#SentyabrKonfransı çərçivəsində panel müzakirələr keçirilib.

Panel müzakirələrdə Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik xidmət proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, idarə və sektorların müdir və əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Ətraflı
04.09.2025

Məktəb direktorları ilə görüş keçirilib.

Müzakirədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, idarənin əməkdaşları və təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Ətraflı
04.09.2025

Sentyabr Konfransı keçirilib.

Konfransın hesabat xarakterli ilk günündə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri və əməkdaşları, rayon üzrə təhsil sektorlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Ətraflı
27.08.2025

Yüksək nəticə göstərən məzunlarımızı təbrik edirik!

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məzunları yüksək nəticə göstərib.

Ətraflı
18.08.2025

Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə test imtahanı keçirildi.

18 avqust 2025-ci il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, həmçinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirildi.

Ətraflı
17.08.2025

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin lisey siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı keçirilib.

İmtahanlar 2025–2026-cı tədris ili üzrə Cəlilabad şəhər 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü və Astara şəhər liseylərinə, həmçinin Lənkəran şəhəri xarici dillər təmayüllü və Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaların VII-IX siniflərinin boş qalan yerləri üçün nəzərdə tutulub

Ətraflı