Təhsil müəssisələrinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgi keçirilib.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində #PeşəSərgisi keçirilib.
ƏtraflıMəktəbəqədər təhsil müəssisələrinin monitorinq nəticələrinə dair görüş keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılmış monitorinqin nəticələri ilə bağlı görüş təşkil olunub.
ƏtraflıLənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsi keçiriləcək.

Müsabiqənin test mərhələsində 28 baldan yuxarı nəticə göstərmiş namizədlər 29 aprel tarixindən 01 may 2025-ci il tarixinədək (saat 17:00-dək) aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
► Qeydiyyat linki: https://forms.gle/JMf3dFeKErHWtemw8
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Astara rayonunda vətəndaş qəbulu keçirib.

Vətəndaş qəbulu zamanı işlə təmin olunma ilə bağlı müraciətlər üstünlük təşkil edib. İdarə müdiri qəbulda iştirak edən vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar və məlumatlar verib.
ƏtraflıIV siniflər üçün növbəti sınaq imtahanı keçirilib.

25-26 aprel tarixlərində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən IV sinif şagirdləri üçün növbəti sınaq imtahanı keçirilib və region üzrə 121 mərkəzdə 7500-ə yaxın şagird prosesə cəlb olunub.
Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turu keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən yarımfinal turunda ümumillikdə 473 nəfər şagird iştirak edib.
ƏtraflıBoladı kənd körpələr evi-uşaq bağçasında bir gün

Lənkəran rayonu Boladı kənd körpələr evi-uşaq bağçasında yaradılan təlim-tərbiyə mühiti və uşaqlara göstərilən qayğı "Azərbaycan müəllimi"nin hazırladığı reportajda öz əksini tapıb:
ƏtraflıAutizm spektr pozuntuları olan uşaqların dəstəklənməsi ilə bağlı maarifləndirici tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində autizm spektr pozuntuları olan uşaqlar barədə şagirdlərin məlumatlandırılması məqsədilə maarifləndirici tədbir təşkil olunub.
ƏtraflıUşaqların internet və sosial şəbəkələrdə zərərli informasiyadan qorunması istiqamətində tədbirlər həyata keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində uşaqların internet məkanında və sosial şəbəkələrdə zərərli informasiyadan qorunması məqsədilə təbliğat-təşviqat işləri aparılıb.
Ətraflı“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib.

Lənkəran Olimpiya Kompleksində Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi keçirilib.
Ətraflı“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim mərhələsi üzrə əyani imtahan yekunlaşdı.

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 5 mərkəzdə həyata keçirilən müsabiqədə 308 şagird iştirak etdi.
ƏtraflıVətəndaş məmnuniyyəti mexanizmlərinin qurulması və təkmilləşdirilməsi də əsas hədəflərimizdəndir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Cəlilabad rayonunda vətəndaş qəbulu keçirib.
Ətraflı“Keyfiyyətli təhsil” mövzusunda maarifləndirici tədbir keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində BMT-nin Dayanıqlı Inkişaf Məqsədlərindən biri olan #KeyfiyyətliTəhsil mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
ƏtraflıRus bölmələrində Azərbaycan dili fənninin tədrisi vəziyyəti monitorinq olunur.

Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin 2024–2025-ci tədris ili üzrə müvafiq əmrinə əsasən, rus bölmələrində Azərbaycan dili fənninin tədrisinin vəziyyətinin sistemli şəkildə izlənilməsi məqsədilə ölkə üzrə nəzarət və monitorinq tədbirləri həyata keçirilir. Bu çərçivədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində də xüsusi tədbirlər planı hazırlanaraq icrasına başlanılıb.
ƏtraflıUşaqların elektron qaydada məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi həyata keçirilir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 6 rayonda 54 alternativ qeydiyyat mərkəzi yaradılıb.
Ətraflı