“İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib.
Ölkəmizdə iyunun 18-i İnsan Hüquqları Günü kimi qeyd edilir. İnsan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, vətəndaşların hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyini diqqətə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2025-ci ildə də 18 may–18 iyun tarixləri ölkədə #İnsanHüquqlarıAylığı elan edilib.
Aylıq çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində müxtəlif maarifləndirici tədbirlər keçirilib, dəyirmi masa və seminarlar təşkil edilib, nümunəvi dərslər hazırlanıb.
Keçirilən tədbirlərdə insan hüquq və azadlıqları, mövcud hüquqi mexanizmlər, qanunvericilik barədə məlumat verilib, insan hüquqlarının müdafiəsi və hüquqi savadlılığın artırılması istiqamətində maarifləndirici təqdimatlar edilib.
Keçirilən tədbirlərin məqsədi insan hüquq və azadlıqları sahəsində ictimai məlumatlılığı artırmaq, bu sahədə cəmiyyətdə həssaslığı gücləndirmək, insanları öz hüquqlarını tanıması və müdafiəsi istiqamətinə maarifləndirmək olub.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #HumanRightsMonth