Ümumtəhsil məktəblərində keyfiyyət fəaliyyət planının icrası ilə bağlı monitorinqlər davam edir.

Monitorinqlərin keçirilməsində əsas məqsəd keyfiyyət fəaliyyət planının icra vəziyyətinin öyrənilməsi, şagird davamiyyətinin izlənilməsi, ustad dərslərinin təşkili, tədrisin keyfiyyətinə nəzarət, dərsdinləmələrinin həyata keçirilməsi, həmçinin məktəb kollektivləri ilə görüşlərin keçirilməsi və mövcud məsələlərin müzakirəsi olub.
ƏtraflıAstarada "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.

Narkomaniya və erkən nikah halları gənc nəslin gələcəyinə, təhsilinə və sosial inkişafına ciddi mənfi təsir göstərən amillərdəndir. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, valideyn-məktəb-polis əməkdaşlığının gücləndirilməsi xüsusi önəm daşıyır.
ƏtraflıTədrisin keyfiyyətinin artırılması, IV və VI siniflərdə görülmüş işlərlə bağlı onlayn görüş keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanov regionda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və IV–VI siniflərdə tədris aparan fənn müəllimləri ilə onlayn formatda görüş keçirib.
Ətraflı“Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib.

Aprelin 25-də Lənkəran rayonu Rəşid Dadaşov adına Sütəmurdov kənd tam orta ümumtəhsil məktəbində təşkil olunmuş seçim turunda Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri iştirak edib.
ƏtraflıSTEAM layihəsi çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən sorğu alətləri hazırlanıb və dərsdinləmələr həyata keçirilib.

STEAM layihəsinin tətbiq olunduğu 12 ümumi təhsil müəssisəsində ümumilikdə 180 şagird sorğu prosesinə cəlb olunub. Sorğunun əsas məqsədi tədrisin keyfiyyətinin qiymətləndirilməsi və şagirdlərin layihəyə münasibətinin sistemli şəkildə öyrənilməsindən ibarətdir. Monitorinq prosesi davam etdirilməkdədir.
ƏtraflıLənkəranda "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda tədbir keçirilib.

Lənkəran rayonunun ümumtəhsil məktəblərinin şagirdlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin müdiri Teymur Babazadə və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri gənclərin sağlam və təhlükəsiz mühitdə formalaşmasının dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.
ƏtraflıIV sinif şagirdlərinin oxu savadlılığını qiymətləndirən PIRLS 2026 beynəlxalq tədqiqatının əsas mərhələsi başlayıb

21–24 aprel tarixlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə keçirilən tədqiqatda 80 şagird iştirak edib. Prosesə həmçinin müəllimlər, məktəb rəhbərləri və valideynlər də cəlb olunublar.
Ətraflı“Zəkaların mübarizəsi” olimpiadasının bilik istiqaməti üzrə region mərhələsi keçirilib.

Bilik yarışının yekun nəticələrinə əsasən, Lənkəran komandası region mərhələsinin qalibi olub. Qalib komanda “Zəkaların mübarizəsi” olimpiadasının respublika mərhələsində Lənkəran-Astara Regional Təhsil İdarəsini təmsil edəcək.
ƏtraflıTIMSS 2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi uğurla həyata keçirilib.

Aprelin 8-dən etibarən Azərbaycanda Beynəlxalq Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi Assosiasiyası (IEA) tərəfindən təşkil olunan TIMSS 2027 (riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı) çərçivəsində sınaq mərhələsinə start verilib.
Ətraflı“Zəkaların mübarizəsi” olimpiadasının şahmat turniri üzrə region mərhələsi keçirilib.

Turnirdə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarından hər biri 2 oğlan və 2 qız olmaqla formalaşdırılmış komandalar iştirak ediblər. Yarışlar beynəlxalq FIDE qaydalarına uyğun şəkildə keçirilib ki, bu da mübarizənin şəffaf və ədalətli aparılmasını təmin edib.
ƏtraflıKenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib.

12 aprel tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib. Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə baş tutan müsabiqədə region üzrə 17 mərkəzdə 4390 nəfər şagird iştirak edib.
ƏtraflıPIRLS 2026 beynəlxalq qiymətləndirmə tədqiqatına hazırlıq məqsədilə maarifləndirici görüş təşkil olunub.

6 aprel 2026-cı il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsində PIRLS 2026 beynəlxalq qiymətləndirmə tədqiqatına hazırlıq məqsədilə seçilmiş məktəblərin direktorları və sinif rəhbərləri, BilBacar koordinatorlarının iştirakı ilə maarifləndirici görüş keçirilib.
Ətraflı334 nəfər şagirdimiz Respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq-riyaziyyat olimpiadasının yarımfinal turuna vəsiqə qazanıb.

Respublika fənn müsabiqələrinin (RFM) və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 334 şagird yarımfinal mərhələsinə vəsiqə qazanıb.
ƏtraflıTəhsildə keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş baş tutub.

7 aprel 2026-cı il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev rayonlar (şəhər) üzrə təhsil sektorlarının rəhbərləri, regionun şagird sayına görə ən böyük məktəblərinin direktorları, direktor müavinləri və müəllimləri ilə görüşüb.
Ətraflı“İnklüziv təhsil və əmək bazarı: bərabər imkanlar və inkişaf perspektivləri” mövzusunda görüş təşkil olunub.

Görüşün keçirilməsində məqsəd inklüziv təhsil sahəsində mövcud vəziyyətin və inkişaf perspektivlərinin müzakirə olunması, eləcə də təhsil sistemi ilə əmək bazarı arasında əlaqələrin möhkəmləndirilməsi və effektiv əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi olub.
Ətraflı