STEAM layihəsinin tətbiq olunduğu 12 ümumi təhsil müəssisəsində ümumilikdə 180 şagird sorğu prosesinə cəlb olunub. Sorğunun əsas məqsədi tədrisin keyfiyyətinin qiymətləndirilməsi və şagirdlərin layihəyə münasibətinin sistemli şəkildə öyrənilməsindən ibarətdir. Monitorinq prosesi davam etdirilməkdədir.