12.04.2026

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib.

12 aprel tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib. Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə baş tutan müsabiqədə region üzrə 17 mərkəzdə 4390 nəfər şagird iştirak edib.

‎Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hər il, mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə, dünyanın 80-dən çox ölkəsində keçirilir. Müsabiqənin əsas məqsədi ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinin riyaziyyat üzrə bilik və bacarıqlarını qiymətləndirmək və onların riyaziyyata olan marağını artırmaqdır.

Qeyd edək ki, final mərhələsində iştirak etmək üçün əlavə ödəniş tələb olunmur.

 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #ARTİ #Kenquru