Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX–XI sinif şagirdləri arasında keçirilən #ZəkalarınMübarizəsi olimpiadasının şahmat turniri üzrə region mərhələsi keçirilib.
Turnirin açılış mərasimində çıxış edənlər iştirakçıları salamlayaraq olimpiadanın əhəmiyyətindən söz açıb, yarışın qaydaları və əsasnaməsi barədə məlumat veriblər. Şagirdlərə uğurlar arzulanıb, onların gələcək nailiyyətlərinin ölkənin intellektual inkişafına töhfə verəcəyi vurğulanıb.
Turnirdə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarından hər biri 2 oğlan və 2 qız olmaqla formalaşdırılmış komandalar iştirak ediblər. Yarışlar beynəlxalq FIDE qaydalarına uyğun şəkildə keçirilib ki, bu da mübarizənin şəffaf və ədalətli aparılmasını təmin edib.
Gərgin və maraqlı keçən qarşılaşmaların nəticələrinə əsasən Lənkəran komandası I yerə layiq görülüb.
Qalib komanda Bakı şəhərində keçiriləcək respublika mərhələsində Lənkəran-Astara Regional Təhsil İdarəsini təmsil etmək hüququ qazanıb.
Olimpiada Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi tərəfindən birgə həyata keçirilir və məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərarvermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.
#LənkəranAstaraRTİ #ElmVəTəhsilNazirliyi #HeydərƏliyevFondu #şahmatturniri