21–24 aprel tarixlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə keçirilən tədqiqatda 80 şagird iştirak edib. Prosesə həmçinin müəllimlər, məktəb rəhbərləri və valideynlər də cəlb olunublar.
Şagirdlər oxu bacarıqları üzrə tapşırıqları yerinə yetirməklə yanaşı, onların təhsil və sosial mühiti ilə bağlı sualları da cavablandırırlar.
PIRLS (Progress in International Reading Literacy Study) — IV sinif şagirdlərinin oxu savadlılığını qiymətləndirən beynəlxalq tədqiqatdır və hər 5 ildən bir keçirilir.
Qeyd edək ki, Azərbaycan bu il ilk dəfə ePIRLS (onlayn oxu mühiti) komponentində iştirak edir.