Astara şəhəri Ziya Bünyadov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində çıxış edən Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov, Astara Rayon İcra Hakimiyyətinin başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev diqqətə çatdırıblar ki, tədbirin keçirilməsində məqsəd ümumtəhsil müəssisələrində sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, narkomaniya və erkən nikah hallarına qarşı aparılan mübarizənin səmərəliliyinin artırılmasıdır.
Qeyd olunub ki, narkomaniya və erkən nikah halları gənc nəslin gələcəyinə, təhsilinə və sosial inkişafına ciddi mənfi təsir göstərən amillərdəndir. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, valideyn-məktəb-polis əməkdaşlığının gücləndirilməsi xüsusi önəm daşıyır. Çıxışlarda sağlam gələcəyin təmin olunması naminə bu istiqamətdə birgə fəaliyyət göstərməyin zəruriliyi qeyd edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.
#LənkəranAstaraRTİ #ElmVəTəhsilNazirliyi #DİN #narkomaniya #erkənnikah