03.04.2026

“İnklüziv təhsil və əmək bazarı: bərabər imkanlar və inkişaf perspektivləri” mövzusunda görüş təşkil olunub.

Aprelin 3-də Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “İnklüziv təhsil və əmək bazarı: bərabər imkanlar və inkişaf perspektivləri” mövzusunda görüş təşkil olunub.

 

Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Zaur Məmmədov, sosial məsələlər üzrə prorektor, dosent Ramiz Məmmədov, erkən yaş üzrə layihə rəhbəri, professor Fərəh Cəlil, universitetin şöbə və bölmə müdirləri, ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, psixoloqlar və metodistlər iştirak ediblər.

 

Görüşün keçirilməsində məqsəd inklüziv təhsil sahəsində mövcud vəziyyətin və inkişaf perspektivlərinin müzakirə olunması, eləcə də təhsil sistemi ilə əmək bazarı arasında əlaqələrin möhkəmləndirilməsi və effektiv əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi olub.

 

Görüş çərçivəsində inklüziv təhsilin regionda inkişafının gücləndirilməsi, Lənkəran Dövlət Universitetində müvafiq ixtisasların açılması, tələbələrin praktiki səriştələrinin artırılması üçün təcrübə imkanlarının təşkili, həmçinin universitet əməkdaşları tərəfindən təhsil müəssisələrində maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi məsələləri müzakirə olunub.

 

#LənkəranAstaraRTİ #ElmVəTəhsilNazirliyi #MÜTDA #LənkəranDövlətUniversiteti #inklüzivtəhsil #əməkbazarı