Aprel ayı ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektoru tərəfindən ümumilikdə 37 ümumtəhsil məktəbində monitorinq aparılıb.
Monitorinqlərin keçirilməsində əsas məqsəd keyfiyyət fəaliyyət planının icra vəziyyətinin öyrənilməsi, şagird davamiyyətinin izlənilməsi, ustad dərslərinin təşkili, tədrisin keyfiyyətinə nəzarət, dərsdinləmələrinin həyata keçirilməsi, həmçinin məktəb kollektivləri ilə görüşlərin keçirilməsi və mövcud məsələlərin müzakirəsi olub.
Hər bir monitorinqdən sonra məktəb kollektivləri ilə görüşlər təşkil edilib, fəaliyyətin daha səmərəli təşkili istiqamətində müvafiq tövsiyələr verilib. Qaydalardan kənaraçıxma halları müşahidə olunan məktəblərdə isə inzibati tədbirlər görülüb.
Həmçinin aprel ayı ərzində sinif mühitinin, məşğələlərin təşkilinin və idarə olunmasının, müəllim-uşaq ünsiyyətinin, eləcə də sənədləşmənin faktiki vəziyyətinin qiymətləndirilməsi məqsədilə 7 icma və 5 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirilib.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #KeyfiyyətFəaliyyətPlanı #Monitorinq