24.04.2026

Lənkəranda "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda tədbir keçirilib.

Lənkəran rayonunun ümumtəhsil məktəblərinin şagirdlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin müdiri Teymur Babazadə və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri gənclərin sağlam və təhlükəsiz mühitdə formalaşmasının dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.

 

Qeyd olunub ki, narkomaniya və erkən nikah halları gənc nəslin gələcəyinə, təhsilinə və sosial inkişafına ciddi mənfi təsir göstərən amillərdəndir. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, valideyn-məktəb-polis əməkdaşlığının gücləndirilməsi xüsusi önəm daşıyır. Tədbir iştirakçılarına zərərli vərdişlərin doğurduğu fəsadlar, erkən nikahların hüquqi və sosial nəticələri barədə ətraflı məlumat verilib. Çıxışlarda sağlam gələcəyin təmin olunması naminə bu istiqamətdə birgə fəaliyyət göstərməyin zəruriliyi qeyd edilib.

 

#LənkəranAstaraRTİ #ElmVəTəhsilNazirliyi #DİN #narkomaniya #erkənnikah