20.01.2026

20 Yanvar - Ümumxalq Hüzn Günü

Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə və yanvarın 26-sı “Lənkəran hadisələri”ndə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər, abidə önünə qərənfillər düzüblər.

Ətraflı
18.01.2026

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.

Olimpiadada Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən ümumillikdə 2934 nəfər şagird 7 mərkəzdə biliyini sınayıb.

Ətraflı
16.01.2026

Məktəb liqaları çərçivəsində növbəti görüşlər təşkil olunub.

12-15 yanvar tarixlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanov Masallı və Cəlilabadda fəaliyyət göstərən bir qrup ümumtəhsil məktəbinin direktorları, direktor müavinləri, ibtidai və fənn müəllimləri ilə görüşlər keçirib.

Ətraflı
15.01.2026

Lənkəran-Astara bölgəsində peşə təmayüllü siniflərin tətbiqi və bu istiqamətdə dərslərin təşkili genişlənməkdə davam edir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində peşə təmayüllü siniflər üzrə tədrisin müasir tələblər əsasında təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Ətraflı
12.01.2026

Məktəb liqaları çərçivəsində görüşlər təşkil olunub.

6, 8 və 9 yanvar tarixlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanov Astara, Lerik və Masallıda fəaliyyət göstərən bir qrup ümumtəhsil məktəbinin direktorları, direktor müavinləri, ibtidai və fənn müəllimləri ilə görüşlər keçirib.

Ətraflı
07.01.2026

“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin qalibləri təltif olunub.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri “Fövqəladə hallar uşaqların gözü ilə” adlı uşaq yaradıcılıq müsabiqəsində qazandıqları uğurlara görə mükafatlandırılıblar.

Ətraflı
26.12.2025

"Məktəblər üçün PISA" tədqiqatına başlanılıb.

Layihənin əsas məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrindəki bilik və bacarıqlarını qiymətləndirmək, bu bacarıqları real həyatda tətbiqetmə qabiliyyətlərini müəyyənləşdirməkdir.

Ətraflı
20.12.2025

Təhsil müəssisələrində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində görkəmli bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə əlaqədar maarifləndirici tədbirlər təşkil olunub.

Ətraflı
19.12.2025

Masallıda valideyn konfransı keçirilib.

Konfransın ilk hissəsində rəsmi çıxışlar edilib, məktəb–valideyn–cəmiyyət əməkdaşlığının gücləndirilməsi, uşaqların sağlam mənəvi mühitdə formalaşması, yetkinlik yaşına çatmayanlar arasında narkomaniya və erkən nikah hallarının qarşısının alınmasında valideyn məsuliyyətinin rolu xüsusi vurğulanıb.

Ətraflı
18.12.2025

Lerik rayonunda “Təhsildə ailənin rolu və əməkdaşlıq yolları” mövzusunda valideyn konfransı keçirilib.

Tədbirdə valideynlərlə yanaşı Lerik rayonu üzrə təhsil sektorunun rəhbərliyi və əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar və uşaq birliyi təşkilatının rəhbərləri iştirak ediblər.

Ətraflı
18.12.2025

Cəlilabadda valideyn konfransı keçirilib.

Konfrans zamanı vurğulanıb ki, uşaqlarda məsuliyyət və özünənəzarət bacarıqlarının formalaşması yalnız məktəbin deyil, ilk növbədə ailənin də üzərinə düşən mühüm vəzifədir. Valideynlərin uşaqlarla açıq dialoq qurması, onların onlayn fəaliyyətlərinə maraq göstərməsi və düzgün nümunə olması təhlükəsiz rəqəmsal mühitin yaradılmasında həlledici rol oynayır.

Ətraflı
17.12.2025

Cəlilabad məktəbliləri respublika çempionatında basketbol idman növü üzrə qızıl medal və kubok qazanıblar.

15–16 dekabr tarixlərində 2015–2016-cı il təvəllüdlü məktəblilər arasında keçirilən basketbol üzrə respublika çempionatının final mərhələsində Cəlilabad şəhəri Rəşad Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri əzmkar mübarizə aparıb və məğlubiyyətsiz çempion olublar.

Ətraflı
17.12.2025

Astara və Lənkəranda valideyn konfransları keçirilib.

Ümumtəhsil müəssisələrində təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi və şagirdlərin inkişafının dəstəklənməsi məqsədilə valideyn konfransları təşkil olunub.

Ətraflı
12.12.2025

Azərbaycan xalqının tarixində silinməz iz qoymuş ümummilli lider Heydər Əliyevin anım günü hüzn və ehtiramla yad edilib.

Anım gününə həsr olunmuş tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, idarə və sektor əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Ətraflı