15.04.2026

TIMSS 2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi uğurla həyata keçirilib.

Aprelin 8-dən etibarən Azərbaycanda Beynəlxalq Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi Assosiasiyası (IEA) tərəfindən təşkil olunan TIMSS 2027 (riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı) çərçivəsində sınaq mərhələsinə start verilib.

 

Bu beynəlxalq tədqiqat IV sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini, həmin bilikləri tətbiq etmək və mühakimə yürütmək bacarıqlarını qiymətləndirməklə yanaşı, onların təlim mühiti və öyrənmə nəticələrinə təsir edən amillər barədə də geniş məlumat toplayır.

 

Sınaq mərhələsində ümumilikdə Lənkəran və Cəlilabad rayonları üzrə 50-yə yaxın məktəbli iştirak edib. Bu mərhələdə əsas məqsəd 2027-ci ildə keçiriləcək əsas qiymətləndirmə üçün test tapşırıqlarının və sorğuların keyfiyyətini yoxlamaq, eləcə də texniki hazırlığı təmin etməkdir.

 

Eyni zamanda, sorğu mərhələsində valideynlər, məktəb rəhbərləri və həmin siniflərdə dərs deyən müəllimlər də fəal iştirak ediblər.

Qeyd edək ki, TIMSS 2027 tədqiqatının əsas mərhələsinin 2027-ci ilin aprel–may aylarında keçirilməsi planlaşdırılır.

 

#LənkəranAstaraRTİ #ElmVəTəhsilNazirliyi #MÜTDA #TIMSS2027 #BeynəlxalqQiymətləndirmə