27.04.2026

Tədrisin keyfiyyətinin artırılması, IV və VI siniflərdə görülmüş işlərlə bağlı onlayn görüş keçirilib.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanov regionda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və IV–VI siniflərdə tədris aparan fənn müəllimləri ilə onlayn formatda görüş keçirib.

 

Görüşdə IV və VI siniflərin monitorinq nəticələrinin təhlili, yüksək və aşağı nəticə göstərən şagirdlərin bilik və bacarıqları, həmçinin davamiyyət məsələləri müzakirə olunub. Təhlil nəticəsində Azərbaycan dili fənni üzrə oxuyub-anlama və əsaslandırma, riyaziyyat fənni üzrə isə tətbiq və əsaslandırma bacarıqlarının prioritet istiqamətlər olduğu qeyd edilib. Bildirilib ki, məhz bu bacarıqlara diqqətin artırılması region məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcək.

 

Görüş zamanı iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.

 

Sektor müdiri tədris prosesinin keyfiyyətinin artırılması və aşağı nəticə göstərən şagirdlərlə işin gücləndirilməsinin vacibliyini vurğulayıb, həmçinin məktəblərdə əlavə monitorinqlərin keçirilməsi ilə bağlı tapşırıqlar verib.

 

#LənkəranAstaraRTİ #ElmVəTəhsilNazirliyi #MÜTDA #TədrisinKeyfiyyəti #Görüş