10.09.2025

Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirildi.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, həmçinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub.
 

İki gün ərzində 176 nəfər namizədlə keçirilən müsahibələr zamanı onların peşəkar bacarıqları, idarəetmə qabiliyyəti və pedaqoji bilikləri qiymətləndirilib.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #direktormüavini #təşkilatçı #müsahibə #işəqəbul


Açar sözlər: