04.09.2025

Sentyabr Konfransı keçirilib.

Konfransın hesabat xarakterli ilk günündə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri və əməkdaşları, rayon üzrə təhsil sektorlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Çıxış edənlər ötən tədris ilinin yekunları ilə bağlı hesabat təqdim ediblər, bölgədə təhsilin inkişafı və qarşıda duran hədəflərdən danışıblar. Ümumilikdə rəqəmsal bacarıqların artırılması, dərsə davamiyyətin yüksəldilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı kimi mövzular müzakirə olunub.
 

Konfransın sonunda iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
 

‎Qeyd edək ki, konfransın əsas məqsədi ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, eyni zamanda 2025–2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaqdan ibarətdir.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #SentyabrKonfransı #2025


Açar sözlər: