Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev təhsildə keyfiyyətin artırılmasına dair idarənin, həmçinin rayonlar üzrə təhsil sektorlarının rəhbər və əməkdaşları ilə görüş keçirib.
Görüş zamanı idarə müdiri təqdimatla çıxış edərək region üzrə təhsil sahəsində əldə olunmuş nəticələrdən, müxtəlif statistik göstəricilərdən, yeni tədris ili üzrə əsas prioritet istiqamətlərdən və strateji hədəflərdən danışıb.
Sonda Bəhruz Mehdiyev yeni tədris ilinin başlanması ərəfəsində bir sıra mühüm tapşırıqlar verib, xüsusilə də tədrisin keyfiyyətinin yüksəldilməsi və təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin əhəmiyyətini vurğulayıb, iştirakçılarla birgə müzakirələr aparılıb.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #TədrisinKeyfiyyəti #YeniTədrisİli #görüş