Görüşdə Qarabağ Universitetinin Klinikasının direktoru, Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekanı Samir Babayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, müəllimlər, valideynlər və 2024–2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin X sinif şagirdləri, həmçinin IV ixtisas qrupu üzrə qəbul imtahanında uğurlu nəticə göstərmiş məzunlar iştirak edib.
Görüş zamanı Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsinin nümayəndələri iştirakçılara təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı ətraflı məlumat təqdim ediblər. Təqdimatla çıxış edən nümayəndələr universitetdə tədris olunan proqramlar, fakültələr və mövcud ixtisaslardan bəhs edib, tələbələrə təqdim olunan akademik imkanları diqqətə çatdırıblar. Görüşdə iştirakçılar həmçinin universitetin akademik mühiti, elmi-tədqiqat fəaliyyəti barədə məlumat əldə ediblər.
Qeyd edək ki, Qarabağ Universitetində 2025–2026-cı tədris ilindən etibarən Tibb və Sağlamlıq fakültəsinin fəaliyyətə başlaması nəzərdə tutulub.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #QarabağUniversiteti