23.07.2025

Qızıl nişana layiq görülmüş məzunlarla görüş keçirilib.

Müvafiq rayon üzrə təhsil sektorlarının müdirləri ümumi təhsilini xüsusi nailiyyətlərlə başa vuran məzunlarla görüşüb. Səmimi görüş zamanı məzunların təhsil və sosial həyatı, ixtisas seçimləri və gələcək planları müzakirə olunub. Onlara fərdi inkişafları, cəmiyyətə faydalı vətəndaş olmaları və ali təhsillə bağlı müəyyən tövsiyələr verilib və nişanlar təqdim edilib.

 

Qeyd edək ki, Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən 2024-2025-ci tədris ilinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 7-si qızıl nişana layiq görülüb:

♦ Hüseynova Xədicə Xaqani qızı (Astara rayonu Kijəbə qəsəbəsi Nail Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi)

♦ Bəhmənli Nərmin Habil qızı (Cəlilabad şəhəri 8 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-lisey)

♦ Həsənov Fizuli İlqar oğlu (Lənkəran şəhəri xarici dillər təmayüllü internat tipli gimnaziya)

♦ Xasiyeva Ülviyyə Şahin qızı (Lənkəran rayonu Liman şəhəri Vasif Həsənov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi)

♦ Məhərrəmzadə Xədicə Şaiq qızı (Lerik şəhəri Arif Nuriyev adına 1 nömrəli texniki fənlər təmayüllü məktəb-lisey)

♦ Zalıyev Fazil İlkin oğlu (Masallı şəhəri İntiqam Əsgərli adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi)

♦ Ağazadə Mütəllim Fuad oğlu (Masallı rayonu Elşad Ağayev adına Hişkədərə kənd tam orta ümumtəhsil məktəbi)
 

Təbrik edirik və müvəffəqiyyətlər arzulayırıq!
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #ÜmumiTəhsil #Təltif #QızılNişan


Açar sözlər: