15.07.2025

“Bir otaq – Min ümid” sosial təşəbbüsü yay günlərində uğurla başa çatıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşəbbüsü, Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli şöbəsinin və peşə təmayüllü siniflərin əməkdaşlığı ilə Astara şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında #BirOtaqMinÜmid adlı sosial layihə uğurla həyata keçirilib.

 

Layihə çərçivəsində bağçadakı bir otaq tam şəkildə təmir olunaraq, müasir standartlara cavab verən komfortlu məkana çevrilib. Astara şəhəri 5 nömrəli və Kijəbə qəsəbə tam orta ümumtəhsil məktəblərinin peşə təmayüllü siniflərinin şagirdləri otağın döşəmə örtüyünü yeniləyib, pərdələri dəyişib, masa, oturacaqlar və digər əşyaları da təmir ediblər.

 

Sosial layihənin videosu ► https://youtu.be/G9DCT4WVPXc 

 

Layihənin icrasında müxtəlif sahələr üzrə ixtisaslı şəxslər də könüllü şəkildə iştirak ediblər. Layihənin əsas məqsədi uşaqların sağlam, təhlükəsiz və rahat mühitdə inkişafına dəstək olmaqdır.

 

Bu təşəbbüsə töhfə verən hər kəsə təşəkkürümüzü bildiririk!

 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #PeşəTəmayüllüSiniflər #MəktəbəqədərTəhsil #təmir