17.08.2025

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin lisey siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı keçirilib.

İmtahanlar 2025–2026-cı tədris ili üzrə Cəlilabad şəhər 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü və Astara şəhər liseylərinə, həmçinin Lənkəran şəhəri xarici dillər təmayüllü və Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaların VII-IX siniflərinin boş qalan yerləri üçün nəzərdə tutulub.

 

Şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri üzrə hər fəndən 15 sual olmaqla, ümumillikdə 30 test tapşırığı təqdim olunub.

 

Bütün şagirdlərə uğurlar arzu edirik!

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #lisey #gimnaziya #qəbulimtahanı


Açar sözlər: