05.09.2025

#SentyabrKonfransı çərçivəsində panel müzakirələr keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin təhsil işçilərinin sentyabr konfransı çərçivəsində panel müzakirələr keçirilib.
 

Panel müzakirələrdə Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik xidmət proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, idarə və sektorların müdir və əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
 

Müzakirələrdə regionun ümumi təhsil müəssisələrinin ötən tədris ili üzrə nəticələri, mövcud problemlər və onların həlli yolları, tədrisin keyfiyyətinin artırılması kimi məsələlər müzakirə olunub. Həmçinin təhsilalanlara rəqəmsal biliklərin aşılanması, dərsə davamiyyətin yüksəldilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, təlim-tərbiyə prosesində valideynlərin rolunun artırılması və digər istiqamətlər üzrə söhbətlər aparılıb.
 

‎Panel müzakirələrinin keçirilməsində məqsəd ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, 2025-2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaq olub.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #ARTİ #MÜTDA #YeniDərsİli #Müəllim


Açar sözlər: