14.07.2025

Lənkəran-Astara Regional Təhsil İdarəsində 2024-2025-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirilib.

Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları, həmçinin rayonlar üzrə təhsil sektorlarının rəhbər və əməkdaşları iştirak ediblər.
 

Təqdimat idarə müdiri Bəhruz Mehdiyev tərəfindən təqdim olunub. O, 2024-2025-ci tədris ili ərzində region üzrə təhsilin inkişaf dinamikası, çətinliklər, həyata keçirilmiş layihələr və nailiyyətlər barədə ətraflı məlumat verib. Statistik göstəricilər əsasında aparılmış müqayisəli təhlillər iştirakçıların diqqətinə çatdırılıb, təhsil sahəsində keyfiyyətin yüksəldilməsi istiqamətində görülmüş işlər və gələcək perspektivlər vurğulanıb.
 

Tədbir zamanı bilik yarışlarında iştirakçılıq, monitorinq və qiymətləndirmələrin nəticələrindən danışılıb, müəllim və şagird uğurları, kadr təminatı, infrastruktur yenilikləri kimi önəmli məsələlər müzakirə olunub. Eyni zamanda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, səmərəli təcrübələr bölüşülüb və növbəti tədris ili üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #Hesabat