31.07.2025

Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimovun, Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanovun, idarə əməkdaşlarının, rayonlar üzrə təhsil sektorlarının müdirlərinin və məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

 

Tədbirdə məktəbəqədər təhsilin əhəmiyyəti, mövcud vəziyyəti və növbəti tədris ili üçün qarşıda duran hədəflər müzakirə olunub. Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən keçirilən monitorinqlərin nəticələri təqdim edilib, tədrisin keyfiyyətinin yüksəldilməsi və təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən tədbirlər çərçivəsində 2026-cı ilin sonunadək planlaşdırılan məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bütün pedaqoji heyətin mərhələli şəkildə sertifikasiyadan keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Sözügedən müəssisələrdə sənədləşmə və idarəetmə proseslərinin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və infrastrukturun yenilənməsi ilə bağlı görülən işlərdən danışılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Həmçinin görüş çərçivəsində “Uşaqlar üçün təlim: öyrən, əylən, kəşf et” adlı təqdimat müsabiqəsinin təltifetmə mərasimi keçirilib, müxtəlif nominasiyalar üzrə qalib gələn məktəbəqədər təhsil müəssisələrinin komandaları təşəkkürnamələrlə təltif olunublar:

♦ #TəbiətinDostları nominasiyası üzrə Astara rayonu Şiyəkəran kənd körpələr evi-uşaq bağçasının “Sehrli dostlar” komandası

♦ #DostluğunQəhrəmanları nominasiyası üzrə Cəlilabad rayonu Göytəpə şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasının “Zirvə” komandası

♦ #TəbiiDadlarınKəşfiyyatçısı nominasiyası üzrə Cəlilabad rayonu Ocaqlı kənd körpələr evi-uşaq bağçasının “Uğur” komandası

♦ #ƏnİnteraktivRənglərMəşğələsi nominasiyası üzrə Lənkəran şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasının “Ulduz” komandası

♦ #NağılDünyasınıYaşadanlar nominasiyası üzrə Lənkəran şəhəri 16 nömrəli körpələr evi-uşaq bağçasının “Buta” komandası

♦ #ƏnMaarifçiNağılObrazı nominasiyası üzrə Masallı rayonu Mahmudavar kənd uşaq bağçasının “Ulduz” komandası

 

Qeyd edək ki, ümumilikdə 60 məktəbəqədər təhsil müəssisəsi yay məşğələsi dövründə təşkil olunmuş müsabiqədə iştirak edib. Məktəbəqədər təhsil müəssisələrimizdə fəaliyyət göstərən təhsil işçilərimizə uğurlar arzulayırıq!

 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #MəktəbəqədərTəhsil #UşaqlarÜçünTəlim #görüş #təltifetmə