19.09.2025

“Konstitusiya və suverenlik ili”nə həsr olunmuş “20 Sentyabr - Dövlət Suverenliyi Günü” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən bəhs edib. O, bildirib ki, Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilib. Özünün tarixinə və taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib. 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ermənistanın hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərdilər.
 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Günü elan olunub. Bu tarix Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi hesab edilir, çünki 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlətimizin bütün ərazilərində tam suverenlik bərpa olunub.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #DövlətSuverenliyiGünü