17.10.2025

Məktəb liqaları çərçivəsində növbəti məktəb rəhbəri qrupları ilə görüşlər təşkil olunub.

16-17 oktyabr tarixlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev bir qrup ümumtəhsil məktəbinin direktorları ilə görüşlər keçirib.
 

Görüşlərdə qrup rəhbərlərinin təqdimatları dinlənilib, 2024-2025-ci tədris ilinin nəticələri təhlil edilərək müzakirə olunub. İştirakçılar tərəfindən mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb, qarşıdakı mərhələlər üçün yeni strategiyalar və fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
 

İdarə müdiri məktəbdaxili qiymətləndirmə, tədris prosesinin keyfiyyətinin artırılması, eləcə də müasir təlim strategiyalarının tətbiqi barədə fikirlərini bölüşüb, hər bir qrup üçün fərdi yanaşmanın vacibliyini vurğulayıb, müvafiq tapşırıqlar verib.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #MəktəbLiqası #Görüş


Açar sözlər: