Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində şagirdlərin fiziki fəallığının artırılması, sağlam həyat tərzinin təşviqi və yaradıcılıq bacarıqlarının inkişafı məqsədilə müxtəlif tədbirlər təşkil olunub.
Tədbirlər çərçivəsində müxtəlif idman yarışları, həmçinin rəsm, əl işi və digər yaradıcılıq müsabiqələri keçirilib. Fəaliyyətlər uşaq və yeniyetmələrin sağlam və aktiv həyat tərzinə marağını artırmaqla yanaşı, onların özünüifadə imkanlarının genişlənməsinə şərait yaradıb.
Bu istiqamətdə həyata keçirilən aksiyalar təhsil müəssisələrində müsbət sosial mühitin formalaşmasına və uşaqların hərtərəfli inkişafına dəstək vermək məqsədi daşıyır. Tədbirlərin təşkili gələcəkdə də davam etdiriləcək.