16.10.2025

Mərkəzləşdirilmiş mühasibatlıq əməkdaşları ilə görüş keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan rayonların mərkəzləşdirilmiş mühasibatlıq əməkdaşları ilə görüş keçirilib.
 

Görüşün əsas məqsədi yeni perspektiv layihələrin təqdimatı və maliyyə sektorunda planlaşdırılan struktur dəyişikliyi barədə məlumatların əməkdaşlara çatdırılması olub. Bildirilib ki, maliyyə sektorunda çalışan aparıcı mühasiblərin fəaliyyəti mərkəzləşdirilmiş qaydada təşkil ediləcək. Bu proses respublika miqyasında ilk addımlardan biri kimi qiymətləndirilir və daha səmərəli, şəffaf idarəetmənin və hesabatlılığın təmin edilməsinə xidmət edəcək.
 

Görüşdə mühasiblərin yeni iş mexanizmləri, məsuliyyət və öhdəlikləri, mərkəzləşdirilmiş fəaliyyətin mərhələli şəkildə tətbiqi barədə ətraflı məlumat verilib, maliyyə əməliyyatlarının operativ və keyfiyyətli şəkildə icra olunmasını təmin etməyin vacibliyi vurğulanıb.
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #mühasibat #maliyyəsektoru


Açar sözlər: