Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində şagirdlərin informasiya mühitində düzgün yönləndirilməsi və media savadlılığının artırılması məqsədilə maarifləndirici materialların nümayişi təşkil olunub.
Materiallarda informasiya mənbələrinin etibarlılığının qiymətləndirilməsi, dezinformasiya və yalan xəbərlərin tanınması, rəqəmsal mühitdə məsuliyyətli davranış, şəxsi məlumatların qorunması və kritik düşünmə bacarıqlarının inkişafı kimi mövzular əhatə olunub. Şagirdlər üçün nəzərdə tutulan videoçarxlar, təqdimatlar və izahlı məzmunlar vasitəsilə media savadlılığının əsas prinsipləri çatdırılıb.
Bu fəaliyyət şagirdlərin informasiya məkanında daha təhlükəsiz davranmasına, məlumatları düzgün qiymətləndirməsinə və media mühitində şüurlu iştirakına dəstək verir.