30.09.2025

İlk dəfə pedaqoji fəaliyyətə başlayan müəllimlərlə görüş keçirilib.

Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarında müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq ilk dəfə pedaqoji fəaliyyətə başlayan müəllimlərlə görüş keçirilib.
 

Görüşdə iştirak edən müəllimlərə sinfin idarə olunması, dərsin planlaşdırılması, interaktiv təlim metodlarından istifadə və qiymətləndirmə meyarları barədə məlumat verilib. Müəllim peşəsinin nüfuzunun artırılması və peşəkar inkişaf istiqamətində dövlət siyasətinin əsas prioritetləri diqqətə çatdırılıb.
 

Sonda müəllimlərin qarşılaşdıqları çətinliklər və suallar müzakirə olunub.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #Görüş


Açar sözlər: