09.10.2025

Məktəb liqaları çərçivəsində ilk məktəb rəhbəri qrupu ilə görüş təşkil olunub.

Məktəb liqaları çərçivəsində ilk məktəb rəhbəri qrupu ilə görüş təşkil olunub.
 

Bu gün Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev bir qrup ümumtəhsil məktəbinin direktorları ilə görüş keçirib.
 

Görüşdə qrup rəhbərinin təqdimatı dinlənilib, 2024-2025-ci tədris ilinin nəticələri təhlil edilərək müzakirə olunub. İştirakçılar tərəfindən mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb, qarşıdakı mərhələlər üçün yeni strategiyalar və fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
 

İdarə müdiri məktəbdaxili qiymətləndirmə, tədris prosesinin keyfiyyətinin artırılması, eləcə də müasir təlim strategiyalarının tətbiqi barədə fikirlərini bölüşüb, hər bir qrup üçün fərdi yanaşmanın vacibliyini vurğulayıb, müvafiq tapşırıqlar verib.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #MəktəbLiqası #Görüş


Açar sözlər: