Ümumtəhsil müəssisələrinə yeni təyin olunmuş tədris işləri üzrə direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılarla görüş keçirilib.
Görüşdə çıxış edənlər məktəblərdə idarəetmə və tədris prosesinin səmərəli təşkili, sağlam pedaqoji mühitin formalaşdırılması, inzibati fəaliyyətin düzgün həyata keçirilməsi və digər önəmli məsələlərlə əlaqədar bir sıra tövsiyə və tapşırıqlar veriblər. Görüş qarşılıqlı müzakirələrlə yekunlaşıb.
Yeni təyinat alan təhsil işçilərini təbrik edirik və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #direktormüavini #təşkilatçı #yenitəyinat